Yəmənin üsyançı hərəkatı "Ənsarəllah" (husilər) “çoxlu sayda” ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ərazilərinə hücum edib.
Cia.az “Almasirah” telekanalına istinadla xəbər verir ki, bu barədə qiyamçıların silahlı qüvvələrinin rəsmi nümayəndəsi, general Yəhya Sariya məlumat verib.
Onun sözlərinə görə, BƏƏ-də Əd-Dafra Hərbi Hava Qüvvələri bazası (Əbu-Dabidən 30 km cənub-qərb) və paytaxtındakı digər mühüm hədəflər raket hücumlarına məruz qalıb.
“Bundan əlavə, Dubayda çoxlu sayda “Səməd-3” pilotsuz uçan aparatları tərəfindən həyati əhəmiyyətli qurğular hücuma məruz qalıb”, - deyə Sariya qeyd edib.
O, həmçinin iddia edib ki, PUA və husi raketləri Səudiyyə Ərəbistanının bir neçə hərbi bazasını hədəf alıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.