Burkina Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib. Cia.az-in məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.
Daha əvvəl LSI portalı Prezident Roş Mark Kaborenin ailəsinin Burkina Fasonu tərk etdiyini bildirmişdi. Hərbi qiyamçılar Prezidentin istefasını tələb ediblər. Liderin özünün jandarm qüvvələrinin himayəsində qaldığı iddia olunur. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam Prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.
Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr “Reuters” agentliyinə məlumat veriblər.
KİV-in məlumatına görə, Burkina Fasoda hərbi qiyamçılar 2015-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılan general Gilbert Diendere həbsxanadan azad edilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.