banner
banner

Sosİal

Yandırılan “Nissan“ın sahibi baş həkimdir - Təfərrüat

Yandırılan “Nissan“ın sahibi baş həkimdir - Təfərrüat

Şəkidə avtomobili yandırılan şəxsin Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi olduğu məlum olub.

Cia.az-ın məlumatına görə, ötən gün Şəki rayon sakini Əhmədov Murad Vaqif Oğlu rayonun İsmayıl Osmanlı küçəsi 11 ünvanında Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluyna məxsus "Nissan" markalı 90-KM-040 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə benzin tökərək yandırıb.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci ( qəsdən əmlakı məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.