banner
banner

Şou

Afətlə Ruhi davası: “Sənin anan ərəb şeyxi ilə Dubaya qaçıb”

Afətlə Ruhi davası: “Sənin anan ərəb şeyxi ilə Dubaya qaçıb”

Müğənni Afət Fərmanqızı ilə iş qadını Ruhi Əliyeva arasında qalmaqal yaşanıb.

Cia.az xəbər verir ki, Afət Fərmanqızı sosial şəbəkədə R.Əliyevaya səslənib. O, Ruhi Əliyevaya məxsus xəbər saytlarının onu qaralamaqla məşğul olduğunu iddia edib:

“Burdan üzümü tuturam Ruhi Əliyevaya. Zəng vurdum, telefon zənglərimə cavab vermədin. Sənin bir işçin zəng edib ki, eşitmişəm sabah toyundur. Dedim, tutaq ki, mən hansısa günümü qeyd edirəm, buna toy deyirlər? Mənim toy yaşım deyil. Zəng vuran jurnalistə dedim hardan eşitmisən? Dedi ki, naməlum mənbədən. Mən də ona cavab verdim ki, həmin mənbədən eşitmişəm ki, sənin anan ərəb şeyxi ilə Dubaya qaçıb. 

Ruhi xanım, “Pəncü-şeş” mahnım çıxanda sənin saytın məni guya xalqın gözündən salmaq istədi. Xalq buna icazə vermədi. Mənim bir yaxşı işim olmadımı saytda işıqlandırasan?! Nə oldu, söyüləsi məsələlərdə ancaq Afəti ışıqlandırdın?!

Sənin saytına ehtiyacım yoxdur. Heç bir halda saytında məndən yazdırma”.

Qeyd edək ki, dünən Afət Fərmanqızının bu gün toyu olacağı ilə bağlı məlumatlar yayılmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.