banner
banner

Sosİal

Yoluxma sürətlə ARTIR - Vəziyyət kritikdir

Yoluxma sürətlə ARTIR - Vəziyyət kritikdir

Dünyada yeni növ koronavirusa yoluxanların sayı son sutka ərzində 2,6 milyon nəfərdən çox artıb.

 

Cia.az“worldometers.info” saytına istinadən xəbər verir ki, ötən sutkada 2 milyon 653 min 676 nəfər koronavirusa yoluxub, 7671 nəfər isə pandemiyadan həyatını itirib. Bununla da yoluxanların ümumi sayı 372 milyon 924 min 584, ölənlər isə 5 milyon 675 min 413 nəfərə çatıb.

 

Son sutka ərzində ən çox yoluxma halı (332 min 338 nəfər) Fransada və ölüm faktı (1127 nəfər) isə ABŞ-da qeydə alınıb.

 

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (75,4 milyon), Hindistan (41 milyon), Braziliya (25,2 milyon), Fransa (18,8 milyon), Böyük Britaniya (16,4 milyon), Rusiya (11,6 milyon) və Türkiyədə (11,4 milyon) aşkarlanıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.