banner
banner

Sosİal

Bakı sakini özünü İmam Mehdi - elan etdi

Bakı sakini özünü İmam Mehdi -

"Cia.az" moderator.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Kürdəxanı qəsəbə sakini Kazım Əziz özünün İmam Mehdi olduğunu iddia edir.
Məlum olduğu kimi, tarixdə indiyə qədər özünü İmam Mehdi hesab edənlər çox olub. Kazım Əziz onların saxta olduğunu, həqiqi Mehinin özünün olduğunu ifadə edib. O, hədislərdə imam Mehdiyə aid olan bütün əlamətlərin özündə olduğunu qeyd edir. Kazım Əziz çoxlu sayda kitabın müəllifi olub, bir çox qəzetin redaktoru vəzifəsində çalışıb. Hazırda ona verilən təqaüd hesabına dolanır. İndiyə qədər verdiyi proqnozların təsdiqini tapmasını əlindəki sənədlərlə göstərməyə çalışır. Adı bir neçə qəzetdə hallanıb və verdiyi proqnozlar mediada yer alıb.
Bu şəxs Azərbaycandan başqa Türkiyədə də məşhurdur. O, əməkdaşımıza açıqlamasında İbrahim Tatlısəs, Sibel Can kimi məşhurlarla yaxın olduğunu qeyd edib. Həmçinin, dövlət məmurlarının bir çoxunun onu tanıdığını da deyir. Hazırda dövlət orqanlarında çalışan yüksək rütbəli məmurların çoxunun onun xeyir-duası, proqnozu ilə vəzifəyə keçdiyini dilə gətirib. Kazım Əziz Rusiyanın keçmiş baş nazirinin vəzifəsindən ayrılacağını proqnoz verib. Kazım Əziz həmçinin qeyd edib ki, nazirlərdən biri onun xeyir-duasi ilə vəzifəyə gəlib. Bu hadisə təsdiqlənərək qəzetdə işıq üzü görb. Bir sözlə Kazım Əziz İmam Mehdinin zühur etdiyini və imamın şəxsən özü olduğunu müsəlman aləminə yaymaq istəyir.

Kazım Əziz qeyd edib ki, Qarabağın qaytarılması Mehdinin gəlişi ilə bağlıdır. Allahın Qarabağı möhürlədiyini deyən K.Əzizin sözlərinə görə, bu barədə hədislərdə məlumatlar var: “Mən rus televiziyalarında erməni xalqına müraciət etsəm, 40 gün ərzində orada fəlakət baş verəcək. Ermənilər qorxaraq Qarabağdan çəkiləcəklər. Müharibə olmayacaq. Lazım gələrsə, Mehdi ordusu bunun üçün cihad da aparacaq. Qarabağ sülh yolu ilə qaytarılacaq. Qarabağın açarı məndədir”.
Kazım Əziz hal-hazırda dünyada böyük bəlaya çevrilən İŞİD-lə də bağlı açıqlama verib. O, İŞİD-i özünə tabe edəcəyinə inanır:
“Musanın qəzəbi məndə olduğu üçün əsəbiyəm. Beynimdə çox qarışıq fikirlər olur. Allahdan vəhy gələndən sonra bilmədiklərimi bilirəm. İŞİD-i məğlub etmək üçün Suriyaya getmək istəyirəm. Hər yerə bu barədə məlumat verirəm. Böyük qarabayraqlılarla gələndə onlar mənə təslim olacaqlar. İŞİD hədislərdə adı keçən kiçik qarabayraqlılardır. Onlar da məni qəbul etdikləri üçün beyət edəcəklər. Bütün dünya mənim Mehdi olduğumu qəbul edəcək. Onlar mənə toxuna da bilməzlər. Suriya hadisələrində mənim ortaya çıxmağım peyğəmbər hədislərində də var. Bu Məhərrəm ayında baş verəcək.

Kazım Əziz qeyd edib ki, İŞİD qalib gələ-gələ bir sıra əraziləri ələ keçirəcək. Lakin sonda məğlub olacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.