banner
banner

Hərbİ

Azad edilmiş ərazilərdə istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb

Azad edilmiş ərazilərdə istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən il istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları əra­zisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xid­mə­ti-döyüş fəaliyyətinə başlanılıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sər­­hə­­­dindən buraxılış məntəqələri fəaliyyətə başlamış, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.

İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkil­ib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.