Prezidentliyə ən cazibədar namizəd uduzdu- FOTOLAR
Bazar günü Polşada prezident seçkilərinin birinci turu başa çatdı. Eksit-pollara əsasən qələbə çalmaq şansı hazırkı prezident Bronislav Komorovskidə daha yüksəkdir. Son rəy sorğularına görə seçicilərin 35 faizi Komorovskiyə səs vermək arzusunda olduğunu bildirib. Hazırkı prezidentin əsas rəqibi "Qanun və ədalət" adlı müxalifət partiyasının namizədi Anjey Dudadır: rəy sorğuları onun reytinqinin 27 faiz olduğunu göstərib. Üçüncü yerdə rok-musiqiçi Pavel Kukizdir, rəy sorğuları onun reytinqin 15 faiz olduğunu güman etməyə əsas verir. Lakin 11 namizəd arasında gözəlliyi ilə seçilən Maqdalena Oqurek uduzanlar sırasında qaldı. 35 yaşlı aktrisa və humanitar məsələlər üzrə mütəxəssis olan namizəd ən seksual və ən rusiyayönlü namizəd adlandırılırdı. Seçkilərdən bir gün əvvəl Oqurek bildirmişdi ki, Rusiya ilə əlaqələrin dağılmasında Komorovski günahkardır. “Prezident dəftərxanasından bəzi məmurların Rusiya ünvanına səsləndirdikləri sözlərin tonu, qarşılıqlı xoşagəlməzlik yaradır”- deyə Maqdalena Oqurek bildirmişdi. Qeyd edək ki, namizədlərdən heç birinin 50 faiz səs toplaya bilmədiyi üçün 24 mayda seçkilərin ikinci turu keçiriləcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.