Tacikistanda uşaqlara ərəb adların qoyulması barədə qanun layihəsi hazırlanır.
Bu barədə ölkə başçısı İmaməli Rəhman çıxışında bildirib. Tacikistan Ədliyyə Nazirliyinin açıqlamasında bu qanun layihəsinin bütün xarici adlara aid ediləcəyi bildirilib.
Bu qanun layihəsi 98 faizi müsəlmanlardan ibarət olan Pakistanda böyük müzakirələrə səbəb olub. Ölkənin ruhani liderləri həmin qanuna qarşı çıxıblar, İslam dinində böyük xidmətləri olan şəxslərin adlarına qadağanı absurd adlandırıblar.
Qeyd edək ki, bundan əvvəl Tacikistanda 18 yaşı tamam olmamış şəxslərin məscidə getməsi, qadınların örpəkdən istifadə etməsi və kişilərin saqqal saxlaması qadağan olunmuşdu.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.