banner
banner

Şou

Xatirəyə dəstək: “TV rəhbərlərinin villası, uşağının, arvadının sürücüsü...“

Xatirəyə dəstək:

Şairə Nazilə Səfərli verilişlərə çıxmaq üçün qonorar tələb edən müğənni Xatirə İsama dəstək çıxıb.

Cia.az "Axsam"a istinadla xəbər verir ki, o, ifaçının haqlı olduğunu, proqramlara qatılan sənət adamlarına ödənc verilməsinin tərəfdarı olduğunu deyib:

"Xatirə yerdən-göyə qədər haqlıdır. Əgər bir sənətçi televiziyanı qazandırırsa, televiziya da onu qazandırmalıdır. Dünyada belədir. Sadəcə niyə burada bunu etmirlər? Azərbaycan sənətkarlarla dolu ölkədir. Bolluqdur. Ona görə də televiziya rəhbərləri düşünür ki, olmasın o, olsun başqası... Xatirə dedi ki, el bir olsa, dağ oynadar yerindən. Düzdür, dəstək olunsa, olacaq.

Demirik ki, toya yarım saata 5 min manata gedən müğənniyə efir də 5 min versin. Amma 100 manat da versələr olar. Televiziya rəhbərləri o pulu evinə aparır. Hamısının villası, şəraiti, uşağının, arvadının sürücüsü. Bunu nəyin sayəsində edirsiz? Sənət adamlarının sayəsində. Reytinq sayəsində. Reytinqi də biz məşhurlar veririk. Evdən çıxanda makiyaj, geyim... Hamısı puldur. Efirə çıxan 2-3 minlik kostyum geyinməlidir. Bunları sizə ediriksə, təşəkkür etməlisiniz. 15 saniyəlik reklam efirdə 1500, 30 saniyəlik reklam 2 min manatdırsa, verilməlidir". 

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xose verilişlərə çıxmaq üçün qonorar istəyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.