banner
banner

Şou

Başqasının yerinə həbsxanada yatdım" - Əməkdar artistin oğlu

Başqasının yerinə həbsxanada yatdım" - Əməkdar artistin oğlu

"Səsimin dəyişən ərəfəsində çadır toylarında oxuyurdum. Pul qazanırdım, sevinirdim. Ağlıma da gəlmirdi ki, özümü bədvəxt, səsimi heç edirəm. Deyilənlərə qulaq asıb, 3 il oxumasaydım, səsimi qorusaydım, indi Azərbaycanı dünyanın böyük səhnələrində təmsil edərdim".

Bu szöləri Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu "Söhbət musiqidən gedir" proqramında deyib. O bildirib ki, illər əvvəl başqasının günahını boynuna götürərək həbsxanada yatıb:

"Pulun olanda ətrafına çox adam yığışır, qardaşım, canım deyir. Bir də ayılırsan ki, qardaş da, o insanlar da, pullar da yoxdur. Özündə bataqlığın dibindəsən. Ordan çıxmaq üçün ip lazımdır, pul olmalıdır. Yolumu azana qədər qazandığımı evə gətirirdim. Sonra yolumu azdım... Günlərlə yox olurdum, evdən axtarırdılar.

Başıma oyun açıblar. Elə adam olub ki, onun yerinə həbsxanada yatmışam. Gözümün qabağında ağlayıb, demişəm subayam, onun balası var, gedim yatım həbsdə. Ağıllananda dedim niyə etdim? Həbsdən çıxandan sonra mənə pul da verməyəcək, ailəmə baxmayacaq. Heç ailəsi onu saymırmış da...".

Qeyd edək ki, Emil iki dəfə həbsxanaya düşüb. Emil 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il azadlıqdan məhrum edilib. 4 ildən sonra o, yenidən həbs olunub.///axsam.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.