Dünyanın ən varlı insanları siyahısında yer alan, "Tesla" və "SpaceX"in sahibi İlon Maskın şəxsi həyatı ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.
Cia.az xarici mediaya istinadən xəbər verir ki, iş adamının elektron yazışmaları ifşa edilib. 2018-ci ildə Teslanın qəzaya düşməsi nəticəsində övladını (red. - 18 yaşlı sürücü Barrett Riley) itirən ailə ilə yazışan İlon ilk övladını - Castin Uilsondan olan Nevada Aleksandr Maskı 10 həftəlik olarkən itirdiyindən danışıb:
"Uşağını itirməkdən daha pis bir şey yoxdur. Birinci oğlum 10 həftəlik olarkən qollarımda öldü. Mən onun ürək döyüntülərini hiss etdim".
Qeyd edək ki, 2018-ci ildə Barrett Florida ştatında saatda təxminən 116 mil sürətlə gedən "Tesla Model S"də idarəetməni itirərək beton divara çırpılaraq həyatını itirib /Axşam.az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.