Fədayə Laçın Manaf Ağayevin həbsindən DANIŞDI - "Eybi yox, kişinin başına iş gələr... "
Müğənni Manaf Ağayev 15 sutka həbs cəzası aldıqdan sonra bir neçə həmkarı sosial şəbəkələrdə ona dəstək nümayiş etdiriblər. Onların arasında müğənni Fədayə Laçın da var.
Cia.az bildirir ki, sənətki həmkarına bu cür dəstək verib:
"Eşitdim və məyus oldum. Eybi yox, Manaf, kişinin başına iş gələr. Allah kömək olsun. Əslində Manaf ağır bir cinayət törətməyib, amma qaydaları da pozmaq olmazmış. Allah cəmi azadlığa layiq olanların qapısını açsın".
Xatırladaq ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.