banner
banner

Sosİal

Novruzda qapanma olacaq? - Deputatdan açıqlama

Novruzda qapanma olacaq? - Deputatdan açıqlama

Bu günlərdə yoluxma sayında ciddi azalma müşahidə olunur. Yoluxanların sayı 7000-dən 1000-ə düşüb. Bu statistika əhali arasında müəyyən arxayınlıq yaradıb.

Qeyd edək ki, qarşıdan Novruz bayramı gəlir. Bu münasibətlə Bakıda bir çox ünvanda yarmarkalar təşkil olunub. Bununla yanaşı, Novruz bayramı münasibətilə 9 gün iş olmayacaq. Qohumlar, tanışlar bir-birini ziyarət edəcək, insanlar qonaq gedəcəklər.

Maraqlıdır, bu kimi amillər yoluxma sayına təsir edə bilərmi?

Novruz bayramı ərəfəsində hər hansı bir məhdudiyyətin tətbiq olunması gözlənilirmi?

Milli Məclisin deputatı, Əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı cia.az-a açıqlamasında deyib ki, sağalanların sayı yoluxanları üstələyib:

“Bu günlərdə statistika insanları bir qədər sevindirdi. Yoluxma sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Digər tərəfdən də sağalanların sayı müsbətə doğrudur. Sağalanların sayındakı müsbət irəliləyiş hər birimizi sevindirir”.

Deputatın sözlərinə görə, Novruz bayramında sərt qadağaların tətbiqi gözlənilmir:

“Statistika belə davam edərsə, düşünmürəm ki, Novruz bayramı ərəfəsində sərt qadağalar tətbiq olunsun. Ümumiyyətlə bundan sonra ölkədə sərt qadağaların tətbiq olunacağını düşünmürəm. Ölkə əhalisinin 60 faizindən çoxu peyvəndlənib. Hətta 3-4 dəfə peyvənd qəbul edənlər də var. Vaxtilə xəstələnənlər də çox olub. Artıq bədəndə antitellər yaranıb. Ona görə də xəstəlik zəifləyib. Biz qlobal təhlükəni dəf etmək üzrəyik. Bu da hamımızın səyi, hökumətin kompleks tədbirləri nəticəsində mümkün oldu”.

M.İbrahimqızı qeyd edib ki, vətəndaşlar vaxtında peyvənd olunmasaydı, indi bu vəziyyət belə ürəkaçan olmazdı:

“Vətəndaşlar vaxtında peyvənd olunmasaydı, indi ölkəmizdə vəziyyət belə olmazdı. Bu da sözsüz ki, ictimaiyyətin hökumətin tətbiq etdiyi kompleks tədbirləri dəstəkləməsinin nəticəsidir. İlk gündən “biz birlikdə güclüyük şüarı” ilə hər kəs bu qlobal təhlükəyə qarşı birgə mübarizə apardı. Bundan sonra sərt qadağaların tətbiqinə inanmıram. Sadəcə olaraq insanlar peyvənd qəbul etməyibsə, peyvəndlənməlidir. Risk altında olanlar həkim məsləhəti ilə 4-cünü də qəbul etməlidirlər.

Sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu kimi qızıl qaydalara əməl edilməlidir. İnanıram ki, qlobal təhlükə ilə tez bir zamanda vidalaşacağıq. Lakin yenə də birlikdə mübarizə aparmalıyıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.