“Manaf Ağayev xahiş etdi ki, üzr videosu çəkilməsin” - DİN-dən açıqlama
Son günlər müğənni Manaf Ağayevin Füzuli rayonuna icazəsiz səfərindən sonra videogörüntülərinin çəkilməsi və yayılmaması ilə bağlı məsələ gündəmi zəbt edib.
Cia.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında məsələyə aydınlıq gətirib.
“Manaf Ağayev bildirdi ki, əməlindən peşmandır. Bunu məhkəmədə də bildirdi. Videogörüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, mənim səhvimi artıq bütün cəmiyyət görüb.
Xahiş etdi ki, əlavə videogörüntüləri çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zəruriyyət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər”, - deyə qurum rəsmisi bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.