“Düşmən ciddi itkilər verərək geri çəkilib” – Ukrayan MN
Ukrayna Müdafiə Nazirliyi son döyüş əməliyyatlarıyla bağlı məlumat paylaşıb.
Cia.az Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda düşmən yüksək dəqiqlikli uzaqmənzilli silahlardan istifadə etməklə, operativ-taktiki və ordu aviasiyasının dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatlarını davam etdirir.
Ötən gün rus işğalçıları Belarus Respublikasının hava məkanından Ukrayna ərazisinə 6 raket atıb və 4 hava zərbəsi endirib. Düşmən indiyə qədər 180-nə yaxın “İskəndər” tipli operativ-taktiki raketlərdən istifadə edib.
Hazırda Çerniqov-Kiyev istiqamətində döyüşlər davam edir. Rusiyanın Şimal Donanmasının Ordu Korpusunun Sumı-Oxtırka-Poltava sərhəddindəki 14-cü motoatıcı bölməsi əhəmiyyətli itkilər verib və hücum potensialını itirib.
Sloboyanski istiqamətində düşmənin hücumunun qarşısı qətiyyətlə alınıb. Təcavüzkar rejim Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq məqsədinə nail olmayıb. Düşmən əhəmiyyətli itkilər versə də, öz əsas məqsədindən - Kiyevə nəzarəti ələ keçirməkdən əl çəkmir.
Kiyev müdafiə qüvvələri düşmənə qarşı mübarizə tədbirlərini davam etdirir. Hazırda Ukrayna ordusu Odessa, Cənubi Oçakiv, Xornomorsk limanlarının müdafiəsini həyata keçirir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.