banner
banner

Hərbİ

BU HƏRBÇİLƏRƏ MÜHARİBƏ VETERANI ADI VERİLDİ - Prezident təqaüdü təyin edilib

BU HƏRBÇİLƏRƏ MÜHARİBƏ VETERANI ADI VERİLDİ -

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli sərəncamının icrası işləri çərçivəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Müharibə veteranı” adının verilməsinə başlanılıb.

Cia.az-in əldə etdiyi məlumata görə, nazirliyin hərbi qulluqçularına “Müharibə veteranı” adı verilərək Prezident təqaüdü təyin olunub.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı son məlumatda “Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən komissiyaların işi davam etdirdiyi bildirilib: "Təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76000 nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilib. 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.