Meyxanaçılar arasında əlbəyaxa dava - Aydın Baləlini döyüb
Bakıda meyxanaçılar arasında dava düşüb.
Cia.az “bakupost.az”a istinadla xəbər verir ki, Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində söz ustaları arasında sərt deyişmə baş tutub. Rəşad Dağlı Aydın Lökbatanlı bir-birini aşağılayan ifadələr işlədiblər. Meyxanaçı Baləli isə hətta təhqirə keçib.
Toydan sonra restoranın dəhlizində tanınmış meyxanaçı Rəşad Dağlı ilə Aydın Lökbatanlı arasında mübahisə düşüb. Meyxanaçı Baləli Rəşad Dağlını müdafiə etmək istəyib.
Bu vaxt Aydın onu döyüb. Rəşad isə ondan ötrü döyülən Baləlinin müdafiə etməyib, hadisə yerindən uzaqlaşıb.
Meyxanaçılar arasında yenidən davanın olacağı bildirilir.
Qeyd edək ki, uzun müddətdir, Rəşadla Aydın arasında problem yaşanır.
Məlumata görə, Rəşad Aydının çağırıldığı məclislərdə iştirak etmir. Bu toya isə Aydının gəlişindən xəbərsiz gedib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.