Şəbnəm Tovuzlu müharibəyə görə 50 min manat ziyana düşdü
Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldığı üçün müğənni Şəbnəm Tovuzlu ziyana düşüb.
Cia.az xəbər verir ki, bunu ifaçı "olay"-a açıqlaması zamanı deyib. O bildirib ki, Rusiyada yeddi toyda oxumalı imiş:
“Vəziyyətim çox pisdir. Hazırda martın sonuna kimi Rusiyada 7 toyum naməlum vəziyyətdə qalıb. Çox pis olmuşam. Toy sahibləri də çarəsizdir. Bilmirəm necə olacaq. Xeyli biletimiz, 50 min manata yaxın qonorarım batdı”.
Qeyd edək ki, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.