banner
banner

Şou

Manafla Vasifin arası dəyib: "Heç xəcalət çəkmirsən, utanmırsan?"

Manafla Vasifin arası dəyib:

Müğənni Manaf Ağayev Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı açıqlaması ilə diqqət çəkib. 

Cia.az xəbər verir ki, "Səhər mərkəzi" verilişində Manafa "Güvəndiyim dağlar, sənə də qar yağarmış" atalar sözünü hansı sənət adamına şamil edəcəyi deyilib. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.  

"Hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli" deyə, müğənni cavab verib.

M.Ağayev həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb:

"Dost dar gündə sınanır: gözün axtarır. Vacib deyil kimsə kiməsə nəsə etsin. "Dost" sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma özüm gördüm. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu camiyəni hər zaman müdafiə etmişəm, yenə də pisləmişəm. Burada dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Nə anlam verir? Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu ki... Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi. Mən onlara elə olmamışdım. Mənə çox deyirdilər, elə bilirdim aramıza girirlər. Tanıdığım, tanımadığım insanın yanında olmuşam".Axşam.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.