Baş nazirdən VACİB QƏRAR: İşsizliyə görə pul almaq asanlaşdı VİDEO
İşsizlikdən sığrota pulu almaq istəyən vətəndaşların işi daha da asanlaşdı. Bundan sonra, vətəndaşa işsizlikdən sığorta təyin edildikdə həmin pul vətəndaşın işsiz olduğu tarixdən hesablanacaq.
Cia.az xəbər verir ki, Nazirlər Kabineti "Sığorta ödənişinin verilməsi Qaydası"na dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun "Məşğulluq haqqında" Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə yox, sığorta hadisəsinin baş verdiyi tarixdən başlanacaq.
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı "Xəzər Xəbər"ə bildirib ki, əvvəlki qaydaya əsasən işsizlərə işsizlikdən sığorta pulu onun işsiz olması tarixindən deyil, işsiz kimi qeydiyyata alınmasından sonra verilirdi. Bu da işsizin bir neçə ayın pulunu itirməsi demək idi. Ancaq yeni tətbiq ediləcək bu qayda vətəndaşın xeyrinə olacaq.
Qurum rəsmisi deyib ki, bu ilin əvvəlindən ''İşsizlikdən sığrota haqqında'' qanuna edilən dəyişiklk işsizlikdən sığorta ödənişinin təyin olunması şərtlərini bir qədər yumşaldıb. İndiyədək qüvvədə olan qaydalara əsasən işsiz o vaxt minimum sığorta ödənişi ala bilərdi ki, onun işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olsun. İndi isə bu müddət 35 deyil, 30 aya endirilib.
Qeyd edək ki, sığorta ödənişi işəgötürən ləğv edildikdə, ştat ixtisarı edildikdə və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar vətəndaş işdən azad olunduqda ödənilir. İşsizlikdən sığorta ödənişi hüququnun yoxlanılması üçün vətəndaşlar ilk olaraq ''Məşğulluq alt''sistemində işsiz kimi qeydiyyata alınmalıdır. Daha sonra isə vətəndaş üçün münasib iş seçmək və ya digər məşğulluq istiqamətlərinə vətəndaşı yönləndirmək mümkün olmadığı hallarında onun işsizlikdən sığorta hüququnun yoxlanılması prosesi həyata keçirilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.