Fransada prezident seçkilərinin nəticələri bəlli oldu
Cia.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynada prezident seçkilərinin nəticələri açıqlanıb.
Seçki iştirakçılarının səslərinin 100%-i hesablanıb. Seçkilərin ikinci – yekun mərhələsində indiki Prezident Emmanuel Makron rəqibi Marin Le Peni 17,1% səslə geridə qoyaraq qalib gəlib.
Seçicilərin 58,55%-i (18,7 milyon nəfər) Makronu, 41,45%-i (13,2 milyon nəfər) isə Le Peni dəstəkləyib.
Bu barədə açıqlamanı Fransanın Daxili İşlər Nazirliyi verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.