Bəzi müalicəvi otlar var ki, bu otlar ürəyin fəaliyyətinə çox müsbət təsir edir - ürək damarlarını genişləndirir, spazmaları və ödemləri aradan qaldırır, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, nevrozla mübarizə aparır və s.
Sizə bu otlar əsasında çox faydalı ot çayları təqdim edirik. Ürək xəstəlikləri olan insanlar bu çayları əsas müalicə ilə yanaşı təbii müalicəvi vasitə kimi qəbul edə bilərlər.
1. Pişikotu kökləri - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, badrənc - 1 xörək qaşığı, yemişan meyvələri (həvəngdəstədə əzin) - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürülür və 1 fincan (100ml) qaynar suda dəmlənilir. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.
2. 1 xörək qaşığı razyana,1 xörək qaşığı mayaotu toxumu,1 xörək qaşığı nanə, 1 xörək qaşığı badrənc qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.
3. Çobanyastığı - 1 xörək qaşığı, razyana - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, pişikotu kökləri - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur.
4. Tozağacı yarpaqlarından dəmlənmiş çay hipertoniya zamanı çox xeyirlidir. 1 çay qaşığı xırda doğranmış təzə tozağacı yarpaqları 1 fincan qaynar suda dəmləyin və çay kimi gündə 2 dəfə qida qəbulundan əvvəl için.
5. 1 xörək qaşığıadaçayı, 1 xörək qaşığı pişikotu, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı kalendula qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin və qida qəbulundan 30 dəqiqə əvvəl için.
Çayları növbələşdirmək olar. Gün ərzində bu müalicəvi çaylardan 2 fincan qəbul etmək olar. Çaya bal və limon da əlavə etmək olar. Çayları uzun müddət ərzində - 1-2 ay - qəbul etmək olar. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.