banner
banner

Şou

Aysun nişanlısı ilə necə tanış olduğundan danışdı: “ Vecimə almadım”

Aysun nişanlısı ilə necə tanış olduğundan danışdı: “ Vecimə almadım”

Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova nişanlısı Eşqinlə ilk dəfə necə tanış olduqları haqda danışıb.

 

Cia.az xəbər verir ki, Aysun bu barədə “Tarixin bir günü” verilişində qonaq olarkən söhbət açıb. 
“Eşqin anamgillə beş ildir, dost idi, ancaq mən onu tanımırdım. Sən demə, Eşqin məni bilirmiş, görüb, bəyənib. Hətta qayınanama da göstərib ki, “Bax, müğənni olsa da, nə şirin qızdır”. Qayınanam da, qayınatam da bəyəniblər. Eşqin anam ilə görüşmək üçün bizim restorana gəlmişdi. Mən də restoranın kabinetində oturub “TikTok”a baxırdım. Birdən anam qışqırdı ki, “ay Aysun, gəl, Eşqin gəlib, gəl salamlaş onunla”. Mən də vecimə almadım. Sonra durdum çay içməyə. Otaqdan çıxdım ki, zala keçim. Gördüm, kepkalı bir oğlan oturub. Elə oğlanı gördüm, dondum qaldım ilk görüşdən”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".