Rusiyanın paytaxtı Moskva şəhərində kriminal avtoritet, “Giya Dlinnıy” ləqəbi ilə tanınan Giya Diakvnişvili ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Cia.az xarici agentliklərə istinadən xəbər verir ki, o, Mostovskoe kəndində başından güllə yarası ilə tapılıb.
Hadisə sentyabrın 3-də baş verib. Çağırışla gələn həkimlər Diakvnişvilini gicgahından güllə yarası almış vəziyyətdə tapıblar. Güllə onun kəllə sümüyünün içinə girib və gözünü çıxarıb. Kriminal avtoritet ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn polis əməkdaşları axtarış zamanı PM markalı qaz tapançası aşkar ediblər. İstintaq “intihara cəhd” və ya “adam öldürməyə təşəbbüs” olaraq hər iki versiyanı gözdən keçirir.
“Giya Dlinnıy” “qanuni oğru”ların ümumi fondunun (obşaq - red.) rəhbəri sayılırdı. Aslan Usoyanın (“Ded Xasan”) sağlığında Giya onu dəstəkləyib və kriminal aləmin digər lideri Tariel Oniyani ilə düşmənçilik edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.