Ukraynanın Ali Radası xaricilər və vətəndaşlığı olmayan şəxslərin Ukrayna ordusunda müqavilə əsasında xidmət edə bilməsini nəzərdə tutan qanun layihəsi imzalayıb. Qanun layihəsinə 257 deputat səs verib. Lyihənin müəllifləri deyiblər ki, könüllü batalyonların yaradılmasına başlandıqdan sonra,hərbi təcrübəsi olan xaricilər gəlməyə başlayıb Mövcud qanunvericiliyə görə, Ukrayna ordusu və digər hərbi birləşmələr yalnız Ukrayna vətəndaşlarının səfərbərliyi yolu ilə yaradıla bilər. Xatırladaq ki, son gündə Donbasda 3 Ukrayna əsgəri öldürülüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.