banner
banner

Dünya

Tehran dondurulmuş neft gəlirlərindən daha - 4,9 mlrd dolları geri aldı

Tehran dondurulmuş neft gəlirlərindən daha -
İran Mərkəzi Bankı “altılıq” ölkələri ilə əldə olunmuş razılaşma çərçivəsində üçüncü mərhələdə xarici banklarda dondurulmuş vəsaitlərindən 4,9 mlrd dolları geri alıb. Bu barədə İran Mərkəzi Bankın açıqlamasında bildirilir.

Əvvəlki iki mərhələdə ümumilikdə 7 mlrd dolların köçürülməsi nəzərdə tutulmuşdu. Üçüncü mərhələ çərçivəsində isə ümumilikdə 4,9 mlrd dollar bir neçə bərabər tranşlarla İrana köçürülüb.  

Qeyd edək ki, xarici banklarda İranın, ümumilikdə,  100 mlrd dollaradək vəsaitlərinin  dondurulduğu iddia edilir. İranın nüvə proqramı üzrə saziş imzalandıqdan və sanksiyalar ləğv olunduqdan sonra bu vəsaitlərin Tehrana qaytarılması nəzərdə tutulub.

Cia.az

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.