“Riskli binalarla da bağlı tədbirlərin görülməsi nəzərdə tutulub”.
Bu barədə İstanbul Büyükşehir Bələdiyyəsinin (İBB) baş katibi müavini Buğra Gökçe bildirib.
O, İstanbulda baş verə biləcək zəlzələyə qarşı hazırlıqlar, risklərin qiymətləndirilməsi işləri və riskli binalardan təxliyə məsələləri çərçivəsində istanbullulara təklif ediləcək yardım və dəstək kampaniyaları haqqında danışıb.
Yoxlama işlərinin 2019-cu ildən bəri davam etdiyini bildirən Gökçe vurğulayıb ki, qeyd edilən binalarda 10 minə yaxın insan yaşayır.
“Təhlillərimizə görə, 318 binamız anidən çökə bilər. Bu hətta E sinfi də deyi. 1525 binamız da D və E sinifli yüksək riskli binalar kimi kodlaşdırılıb. Biz də buna əsaslanaraq kirayə yardımının göstərilməsi istiqamətində fəaliyyət planı həyata keçirmək qərarına gəldik. Bu 318 binada 10 minə yaxın insan yaşayır. Həmçinin ikinci mərhələdə 1525 riskli binalarla da bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Mövcud qanunvericilikdə bu yardımlar yalnız ev sahibinə verilir, kirayəçiyə isə yalnız birdəfəlik köçmə yardımı verilir. Kirayəçilərin riskli binaları boşaltmaları üçün də yardım tətbiq edəcəyik. Bunun riskli tikililərin boşaldılması çərçivəsində əhəmiyyətli bir addım olduğunu düşünürük”, - deyə Buğra Gökçe qeyd edib. (Oxu.az)
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.