banner
banner

Dünya

Sarkisyan Putini öz silahı ilə vurur

Sarkisyan Putini öz silahı ilə vurur

Ermənistan tərəfi Rusiyanı Azərbaycanla bağlı yenidən ittiham edib.
Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna gələn Ermənistan müdafiə naziri burada keçirdiyi mətbuat konfransında bəyan edib ki, Rusiya Azərbaycana silah satmaqda davam edir. O bildirib ki, Rusiya bununla regiondakı münaqişəni öz təsiri altında saxlamağa çalışır.

Bununla belə Ohanyan Rusiyanın Azərbaycanı silahlandırmasının Ermənistanı qorxutmadığını da sözlərinə əlavə edib. 

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla erməni rəsmiləri vaxtaşırı Rusiyanın Azərbayacana silah satmasını gündəmə gətirirlər. Maraqlıdır ki, Kremlin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan bununla bağlı Rusiyaya rəsmi etiraz etmir və ancaq belə açıqlamalarla məsələni ictimailəşdirməkdədir. 

Müşahidəçilərin fikrincə Ermənistan bununla iki məqsəd güdür. Birincisi odur ki, Sarkisyan hakimiyyəti bununla Ermənistanın daxili auditoriyasını müharibə qorxusu altında saxlayır. İkincisi isə Ermənistanın hər an məhv olmaq təhlükəsi qarşısında qaldığını qabartmaqla Rusiyadan silah bəxşişi almağa ümid edir. 

Görünənlər isə onu deməyə əsas verir ki, özünü Rusiyanın müttəfiqi sayan Sarkisyan hakimiyyəti belə addımlarla Kremlə qarşı səmimi olmadığını nümayiş etdirir...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.