banner
banner

Dünya

Kerri Lavrov və Putinlə görüşdən razı qaldı

Kerri Lavrov və Putinlə görüşdən razı qaldı

Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidenti Vladimir Putin ilə müzakirələriniz səmimi olub; Ukrayna, İran, Suriya ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə ABŞ dövlət katibi Con Kerri Twitter səhifəsində bildirib.  

“İran, Suriya və Ukrayna danışıqları ilə bağlı əsas məsələlər ətrafında Rusiya prezidenti Putinlə və XİN rəhbəri Lavrovla səmimi diskussiyalarımız oldu”, deyə Kerri qeyd edib.  

“Gündəmdəki qlobal problemlərin həlli ilə məşğul olduğumuz vaxtda ABŞ və Rusiya arasında əlaqə xəttinin qorunub saxlanılması çox vacibdir”, deyə Kerri əlavə edib.   

Qeyd edək ki, Putin və Kerri arasında görüş Soçidə Bakı vaxtı ilə 20.00-da başlayıb. Bundan əvvəl  ABŞ dövlət katibi və Rusiya XİN rəhbəri arasında dörd saatlıq görüş keçirilib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.