banner
banner

Şou

Brilliant Dadaşova: “Yenə acı xəbər aldıq...”

Brilliant Dadaşova:
“Çox heyf, gözəl xəbərlərə ehtiyacımız olan günlərdə yenə acı xəbər aldıq. Daha bir Xalq artisti, Ramiz Novruz səhnəmizi tərk etdi”. Cia.az xəbər verir ki, bu sözləri Brilliant Dadaşova ötən gecə dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla bağlı sosial şəbəkədə qeyd edib.

Müğənni Xalq artistinin vəfatının teatr səhnəsi üçün böyük itki olduğunu bildirib:

“Bir sənət insanının yetişdirilməsi illərlə zaman, əzm, zəhmət tələb edir. Dəyər vermək qabiliyyəti isə mədəniyyəti, sənəti anlayan, ruhu gözəl insanların səviyyə göstəricisidir”.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ramiz Novruz ötən gecə 67 yaşında dünyasını dəyişib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.