Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min manat və daha artıq pensiya alırlar.
Hurriyyet.az-ın məlumatına görə, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Komitənin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin pensiyası 10140 manatdır. Onun pensiyasının yüksək məbləğdə hesablanması xidmət müddətinin keçməsi, uzun illər DGK-da çalışıb, yüksək rütbə daşıması ilə bağlıdır.
Səfər Mehdiyevdən əvvəl Komitənin sədri olmuş general-polkovnik Aydın Əliyev də eyni məbləğdə pensiya alır.
2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara 8300 manata yaxın pensiya verilir.
Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 min manat arasındadır.
Qeyd edək ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya verilməsi ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.