Türkiyənin tanınmış müğənnisi, Azərbaycanda da kifayət qədər pərəstişkarı olan Sezen Aksu səhnə ilə vidalaşacağını açıqlayıb. Müğənni böyük bir konsert proqramıyla səhnə və pərəstişkarlarıyla vidalaşacağını açıqlayıb. Bu konsertin qeyri-adi olacağını deyən Sezen Aksu bildirib ki, bu, bütün konsertlərin fövqündə bir şou olacaq. “Harbiye” açıq hava teatrında baş tutacaq layihənin yarı konsert yarı sənədli nümayiş olacağı bildirilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.