Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a verilən məlumata görə, Xəzər, Abşeron və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu gün saat 10:00-dan işlər başa çatanadək Xəzər rayonunun Qala və Şüvalan, Abşeron rayonunun Novxanı və Binəqədi rayonunun Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədardır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.