banner
banner

Şou

Qadın müğənniyə görə iki əmioğlu tutuldu - Naxçıvanda olay

Qadın müğənniyə görə iki əmioğlu tutuldu - Naxçıvanda olay

Naxçıvanda restoranda müğənniyə 100 manat verərək, mahnı sifariş edən iki əmioğlu həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə 11 mart 2023-ci il tarixdə, saat 00:50 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən "Qədim Dünya” adlanan restoranda baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Zaur əmisi oğlu, 1993-cü il təvəllüdlü Haqanla "Qədim Dünya" kafesində yeyib-içdikdən sonra Aytəkin adlı müğənniyə 100 manat verərək, mahnı sifariş ediblər. Aytəkin iş vaxtının bitdiyiü üçün oxumayacağını, musiqi alətlərinin söndürüldüyünü bildirib və müştəriyə hesabı bağlayaraq, restoranı tərk etməyi tövsiyə edib. Bundan əsəbləşən Zaur müğənniyə "səni təpiyimin altına salaram” deyib. Haqan isə "bokal gələcək indi, pulnan niyə oxumursan?" deyə irad tutub.

Müğənni restoranı tərk edən zaman Zaur və Haqan adlı qohumlar onun üzərinə gedərək, təhqir etməyə başlayıblar. Hadisə yerinə yaxınlaşan polislər onları nizam-intizama riayət etməyə çağırıblar. Çağırışa məhəl qoymayan əmi oğlanları polisləri də təhqir etməyə başlayıb və onlara müqavimət göstəriblər.

Məhkəmənin qərarı ilə Zaurla Haqan İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 17 gün müddətinə inzibati qaydada həbs olunublar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.