banner
banner

Sosİal

Bu mesajlardan sizə də gəlir? - Ehtiyatlı olun!

Bu mesajlardan sizə də gəlir? -

Son vaxtlar sosial şəbəkələrdə saxta iş elanları yayaraq dələduzluq edənlər yeni metoda əl atırlar.

Cia.az xəbər verir ki, Azərbaycanın mobil operatorlarına məxsus nömrələrə oxşayan, əslində isə xarici ölkələrə məxsus saxta nömrələrdən vətəndaşlara iş təklifləri ilə bağlı həvəsləndirici mesajlar daxil olur. Demək olar ki, hər kəsin telefonuna belə iş elanları gəlir və daha sonra yazışamalar vatsap üzərinə yönləndirilir.

Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandıran DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bu kimi hallarla qarşılaşaraq dələduzluqla üzləşən şəxslərin polisə müraciət etməli olduğunu deyib: “Son dövrlərdə saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar elan saytları vasitəsi ilə yüksək maaşla iş təklif edirlər. İşlə bağlı onlara müraciət edənlərdən də müəyyən məbləğdə rüsum istəyirlər. Daha sonra isə həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmur.

Həmin şəxslər adətən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edir və yazışmanı vatsap vasitəsilə aparırlar. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat texniki əməliyyat axtarış və əməliyyat istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə təmin olunur”.

“DİN bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırıb: “Həmçinin tanımadığınız şəxslərə etibar etmədiyiniz şirkətlərə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə DİN-in "102 – Xidməti Zəng Mərkəzi” vasitəsi ilə məlumat verə bilərsiniz”.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.