Tanınmış qadın meyxanaçı Samirə Yusifqızını kim öldürmək istəyib? O, sevdiyi şəxsə nə üçün qovuşa bilməyi? Meyxanaçı eşitdiklərindən şoka düşdü. Buna səbəb isə onun ANS-də yayımlanan "Məchulu tapın" proqramında eşitdikləri olub. Ekstrasensin onun şəxsi həyatı haqqında dedikləri isə qadın meyxanaçını həyəcanlandırıb. Onun "bu qadın sevib, amma valideynləri ona ərə getməyə izn verməyib. Amma, bəlkə, indi də sözündən çıxa bilmir", deməyi isə Samirə Yusifqızını şoka salıb. "Daha mənim sözüm yoxdur", - deyən meyxanaçı qadın heyrətini gizlədə bilməyib. Kriminalist isə meyxanaçının kriminal keçmişinin olduğunu deyib. S. Yusifqızı da etiraf edib ki, vaxtilə onu öldürmək istəyiblər. Ekspert Gülayə Səfərli də meyxanaçıya ehtiyatlı olmağı məsləhət görüb. Tanınmış simanın həyatı haqqında heç kimin bilmədikləri üzə çıxacaq. Bu gün saat 19:00-da ANS-də "Məchulu tapın"ı qaçırmayın.
Qeyd edək ki, "Məchulu tapın" verilişində studiyaya dəvət olunan məşhur qonaq, 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Ekspertlərin hər biri öz peşələrinin ən yaxşı nümayəndələri olan kriminalist, xiromant, psixoloq, parapsixoloq və ekstrasensdir. Ekspertlərin qarşılarında duran vəzifə, onlara məchul qalan qonağın kimliyini tapmaqdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.