banner
banner

Şou

105 min təzminat ödəyəcək

105 min təzminat ödəyəcək

Türkiyəli müğənni Murat Bozun 6 il bundan əvvəl başlayan məhkəmə işi başa çatıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, məhkəməyə ifaçı özü yox, vəkili Polat Dilli qatılıb.

Stardium Musiqi Şirkəti müğənninin onlardan xəbərsiz qatıldığı konsertlərə görə düşdüyü 500 min dollarlıq ziyanın 150 min lirəsini sənətçinin ödəməsini tələb edib. Murat Boz isə şirkətdən albomu və klipi söz verdikləri vaxtda çıxarmadıqları üçün 33 min lirə təzminat istəyib.

Məhkəmə sənətçinin iddiasını rədd edib.

Qərara əsasən çalışdığı şirkətdən xəbərsiz 45 konsert verdiyi və müqaviləni haqsız yerə ləğv etdiyinə görə Murat şirkətə 105 min lirə (təxminən 38 min dollar) təzminat ödəyəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.