banner
banner

Sosİal

Bu rayonlara QAR yağıb

Bu rayonlara QAR yağıb
Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, faktiki havaya əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Qar örtüyünün hündürlüyü Göygöldə 2 sm, Ləzə (Qusar), Gədəbəy, Daşkəsəndə 1 sm olub.

Yağan yağıntının miqdarı Qaxda 9.0 mm, Balakəndə 7.0 mm, Quba, Zaqatalada 3.0 mm, Lerik, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəki, Qusar, Xaltan, Şahdağ, Kürdəmir, Yardımlı, Gəncə, Şəmkir, Ceyrançöl, Şamaxı, Lənkəran, Astarada 2.0 mm-dək olub.

Ağstafa rayonu Bayraq meydanında və Tatlı kəndində martın 30-u saat 16:00-16:19 radələrində diametri 16-17 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 35 m/s, Tərtər, Ağdamda 28 m/s, Ağstafa, Gəncə, Bərdədə 24 m/s, Şəmkirdə 23 m/s, Kəlvəz, Şirvanda 21 m/s, Yevlax, Neftçala, Zərdab, Beyləqanda 20 m/s, Göycay, Naxcıvanda 18 m/s, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 36 m/s, Sumqayıtda 30 m/s, Pirallahı, Çilov adasında 23 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 20 m/s, Maştağada 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Bakı, Pirallahı, Neft Daşları, Naxçıvan, Şərur, Göygöl, Balakən, Qax, Şamaxı, Altıağac, Qusar, Xaltan, Qrız, Şabran, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 2-si gündüzədək davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.