Əgər tez-tez qrip olanlar varsa, mütləq oktyabr-dekabr ayları arasında vaksin olunmalıdırlar.
Cia.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İnstaqram səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Həkimin sözlərinə görə, immuniteti təbii yollarla yanaşı dərman preparatları ilə də gücləndirmək olar:
“Lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qida rasionunun formalaşmasıdır. Eləcə də yuxu rejiminə fikir vermək, aktiv həyat keçirmək önəmlidir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu, həkim nəzarəti olmadan edilməməlidir”.
Bu bitkinin faydası insanlara qədim zamanlardan məlum olub. Bu gün piştaxtalarda qarşımıza çıxan, qiyməti ucuz amma faydaları saymaqla bitməyən bir bitkidən – Turşəngdən danışacam. Videomuza sona kimi baxsanız, xəstəliklər zamanı onun istifadə qaydaları ilə tanış olacaqsınız.
Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müşahidə olunan yeni virus yayılıb. Bu xəstəliyin əsas əlaməti boğaz ağrısı olsa da günlərlə davam etməsi insanları narahat etməyə başlayıb.
Koronavirusun yeni "Arcturus-XBB.1.16" adlı ştammı bütün dünyada yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Covid 19-un yeni ştammının yayılması artıq 29 ölkədə təsdiqlənib və omikronun yeni alt variantı hesab olunur.
Oruc tutanda nələrə diqqət etməliyik?
Oruc tutarkən yol verilən səvhvlər hansılardır. Oruc tutarkən nə etmək lazımdır düşündüyümüz qədər bu sualın cavabı da vacibdir.
Ramazan ayında oruc tutmağın orqanizm, xüsusilə də həzm sistemi üçün çox böyük faydaları var. Dünyanın ən aparıcı elmi araşdırmaları da bunu təsdiq edir. Oruc tutan zaman bədəndə bərpa prosesi gedir. İnsan orqanizminin hüceyrələri yenilənir, orqanizm daha uzunömürlü olur.