banner
banner

Hərbİ

Ermənistan məlumat yaydı: Əsgərimiz saxlanıldı

Ermənistan məlumat yaydı: Əsgərimiz saxlanıldı

Ermənistan Müdafiə Nazirliyi Ordumuzun itkin düşən əsgərlərindən birinin saxlanılması ilə bağlı məlumat yayıb.

Cia.az xəbər verir ki, Ermənistan MN əsgərlərin iki nəfər olduğunu, lakin birinin qaçdığını bildirib.

Erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusunun əsgəri Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndinin yaxınlığında saxlanılıb. Kəndin rəhbəri Qor Ovannisyan deyib ki, azərbaycanlı əsgər kənd sakinlərindən birinin qapısını döyüb:

“Qapını açan qadın dərhal hüquq-mühafizə orqanlarına müraciət edib”.

Qeyd edək ki, ermənilərin yaydığı videoda “azərbaycanlı əsgər” olduğu bildirilən və “hərbi formada” təqdim edilən gəncin əynində hərbi forma yoxdur.

Xatırladaq ki, Azərbaycan MN Naxçıvan Muxtar Respublikasında iki hərbi qulluqçunun itkin düşdüyü haqda məlumat yayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.