İtkin düşən hərbçilərdən biri Ermənistanda saxlanılıb – Digəri axtarılır + FOTO
Naxçıvanda itkin 2 hərbçimizdən 1-i Ermənistan ərazisində saxlanılıb. Bu barədə erməni mənbələri xəbər yayır.
Cia.az xəbər verir ki, əlverişsiz hava şəraitində yolu azaraq itən digər hərbçimizdən hələ xəbər yoxdur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün 2 hərbçimizin iytikn düşməsi barədə xəbər yayıb. Bildirlir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.