Ramiz Novruzun oğlu: “Atam maşınla oğlumu vurdu” - Sirrin üstü açıldı
Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz atasının xəstəliyi ilə bağlı bir detalı açıqlayıb.
Cia.Az xəbər verir ki, bu barədə o, "Səhər mərkəzi" verilişində qonaq olarkən danışıb.
Cavidan deyib ki, 3 il əvvəl atası bilmədən oğlunu maşınla vurub:
"Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə peyda oldu. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, bu proses 2019-dan başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. O da sevincək qaça-qaça çıxanda maşın vurdu. Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşının sürücüsü atamdır. Bu da təsadüf idi, yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə idi. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Mənə inanın ki, ondan sonra oldu".\Gundem.az
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.