SON DƏQİQƏ! Ermənistan əsir əsgərlərimiz barəsində qərar verdi
Aprel ayının 11-də dumanlı hava şəraitində səhvən Ermənistan ərazisinə keçən və orada yaxalanan Azərbaycan hərbçilərinə qarşı rəsmi ittiham irəli sürülüb.
Cia.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində başlanmış cinayət işinə rəhbərlik edən müstəntiqin vəsatəti prokuror tərəfindən qəbul edilib.
Sənəddə 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Aqşin Qabil oğlu Bəbirovun barəsində cinayət təqibinin başlanması barədə qərar qəbul edildiyi göstərilir.
Aktda onun qabaqcadan bir qrup şəxslə qabacadan əlbir olaraq odlu silahla Ermənistan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçdiyi göstərilib. Buna görə Aqşin Bəbirova ER Cinayət Məcəlləsinin 469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi və 340-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndi üzrə ittiham oxunub.
Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, elə həmin gün Aqşin Bəbirova ittiham elan edilib. İrəvan şəhər ümumi yurisdiksiyalı cinayət məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Prokuror Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Əhliman oğlu Axundovun dövlət sərhədini qanunsuz keçməsinə görə barəsində cinayət işi başlanılması barədə digər vəsatəti də təmin edib. Hüseyn Axundov bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılmaqla Ermənistan sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı gömrük nəzarətindən gizlətməkdə, habelə odlu silahın qanunsuz saxlanılması və daşınması ilə bağlı ictimai təhlükəli əməllər törətməkdə təqsirləndilir. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin maddənin 340-cı maddənin 2-ci hissəsi və 335-ci maddənin 2-ci hissəsi ilə ittiham oxunub. İrəvan şəhər ümumi yurisdiksiyalı Cinayət Məhkəməsinin qərarı ilə Hüseyn Axundov barəsində həbs-qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.