banner
banner

Şou

Həbsdə olan Təranə Səmədova Rəqsanəni ittiham etdi: "Məndən xəbərsiz..."

Həbsdə olan Təranə Səmədova Rəqsanəni ittiham etdi: "Məndən xəbərsiz..."

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hurriyyet.Az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror Eldar Həmzə işin məhkəmə baxışına verilməsini təklif edib.

Prosesdə T.Səmədova bildirib ki, müğənni Rəqsanə İsmayılova 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə tapşırıb.

O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra əldə kifayət qədər sübutların olmaması səbəbindən vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İş üzrə məhkəmə prosesi aprelin 25-nə təyin olunub.

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Təranə Səmədova həbs olunduqdan sonra müğənni Rəqsanə İsmayılova Səmədovanın övladlarını sığınacağa yerləşdirib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.