Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY production”ın rəhbərinin kim olacağı müzakirə edilirdi.
Olay.az-ın əldə etdiyi məlumata görə, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.
O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.
Qeyd edək ki, “SOY production” indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.