banner
banner

Sağlamlıq

Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb

Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müşahidə olunan yeni virus yayılıb. Bu xəstəliyin əsas əlaməti boğaz ağrısı olsa da günlərlə davam etməsi insanları narahat etməyə başlayıb.

Vətəndaşlar arasında bir həftə boğaz ağrısından əziyyət çəkənlərə də rast gəlinir.

Əhali arasında boğaz ağrısı ilə müşahidə olunan virusun yayılması zamanı hansı tədbirlər görülməlidir? İnsanlar bu virusdan necə qoruna bilər?

BAKU.WS saytı bu suallara cavab almaq üçün professor, tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib. Professor bildirib ki, hazırda ölkə üzrə respirator infeksiyalar davam edir: "Boğaz ağrısı ilə keçən bu xəstəlik də virus xəstəliyidir. Lakin birmənalı şəkildə demək olmur ki, bu, koronavirusun davamıdır, yoxsa başaqa bir respirator infeksiyadır. Məsələ ondadır ki, respirator infeksiyalar yuxarı tənəffüs yolları infeksiyaları ilə paralel davam etdiyindən eyni qaydalara əməl olunmalıdır.
Virusa yoluxan şəxslər digərlərini yoluxdurmamaq üçün maska taxmalı, məsafə saxlamalı, yataq rejimində olmalı, çoxlu maye qəbul etməli və xəstəliyi ağırlaşdırmamalıdır. Eyni zamanda immun sisteminin möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır. Hazırki dövrdə vitaminli qidalara üstünlük vermək olduqca vacibdir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dəstəsi 10 QƏPİYƏ Satılır - 90% Xəstəlikləri Sağaldır

Bu bitkinin faydası insanlara qədim zamanlardan məlum olub. Bu gün piştaxtalarda qarşımıza çıxan, qiyməti ucuz amma faydaları saymaqla bitməyən bir bitkidən – Turşəngdən danışacam. Videomuza sona kimi baxsanız, xəstəliklər zamanı onun istifadə qaydaları ilə tanış olacaqsınız.

Koronavirusun yeni "Arcturus-XBB.1.16" ştammı yayılmaqdadır

Koronavirusun yeni "Arcturus-XBB.1.16" adlı ştammı bütün dünyada yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Covid 19-un yeni ştammının yayılması artıq 29 ölkədə təsdiqlənib və omikronun yeni alt variantı hesab olunur.

Oruc tutarkən ən çox etdiyimiz 7 SƏHV

Oruc tutanda nələrə diqqət etməliyik? Oruc tutarkən yol verilən səvhvlər hansılardır. Oruc tutarkən nə etmək lazımdır düşündüyümüz qədər bu sualın cavabı da vacibdir.

Kimlərə oruc tutmaq olmaz?

Ramazan ayında oruc tutmağın orqanizm, xüsusilə də həzm sistemi üçün çox böyük faydaları var. Dünyanın ən aparıcı elmi araşdırmaları da bunu təsdiq edir. Oruc tutan zaman bədəndə bərpa prosesi gedir. İnsan orqanizminin hüceyrələri yenilənir, orqanizm daha uzunömürlü olur.