“Ermənistandan İrana zərbə endirilə bilər” - ŞOK AÇIQLAMA
“Baş nazir Nikol Paşinyan hazırkı proseslərin hara getdiyini yaxşı bilir, lakin bundan imtina etmir. Çünki şəxsən onun üçün bu yolun alternativi yoxdur”.
Cia.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri yerli politoloq Benyamin Matevosyan deyib.
Onun fikrincə, Rusiya və Qərbin təkliflərində əsas fərq müəyyən təkliflərə uyğun olaraq kimə zəmanət verilməsindədir.
“Rusiya tərəfi öz imkanları daxilində Ermənistan və Qarabağın (qondarma “DQR” nəzərdə tutulur - red.) təhlükəsizliyinə, gələcəyinə zəmanət verməyə hazırdır, lakin Nikol Paşinyana şəxsən siyasi dəstək üçün heç bir zəmanət verməyə hazır deyil. Qərb Paşinyana kömək etməyə, təbliğ etməyə və dəstəkləməyə hazırdır, lakin Ermənistana heç bir zəmanət verilmir. Nikol Paşinyan ikinci yolu seçdi”, - deyə Matevosyan bildirib.
Onun sözlərinə görə, Qərb nəinki heç bir zəmanət vermir, hətta Ermənistana təklif olunan bu sənədi imzalamağa razılıq verməsi üçün təzyiq göstərir.
“Qərbin əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Ermənistanı İrana zərbələr endirmək üçün bazaya çevirməkdir”, - deyə erməni politoloq qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinə qarşı əks-hücum əməliyyatına başladığını bildirib.
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Odessaya raket zərbəsi nəticəsində 1 nədər dinc sakin həlak olub, 2 nəfər yaralanıb – onların hamısı sənaye müəssisəsinin işçiləri olub.
Cia.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin hesablamalarına görə, Rusiya mayın 16-na keçən gecə Ukraynaya növbəti güclü hücumu zamanı azı 119, 08 milyon dollar xərcləyib.
Cia.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 24 TV kanalına açıqlamasında mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini bildirib.