banner
banner

Dünya

Saakaşvili Ukraynada yeni vəzifə aldı

Saakaşvili Ukraynada yeni vəzifə aldı

Ukrayna prezidenti Pyotr Poroşenko mayın 13-də islahatlar üzrə məslkəhətçi şuranın fərdi tərkibini təsdiqləyib. Onun rəhbəri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təyin olunub.

Şuraya İsveçin keçmiş xarici işlər naziri Karl Bildt, Avropa Parlamentinin xarici işlər üzrə komitə rəhbəri Elmar Brok, Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzurinda, Litvanın baş naziri Andryus Kubilyas və digər şəxslər daxildir.

Bundan əlavə, islahatlar şurasının üzvlərindən biri də ABŞ Senatının silahlı qüvvələr məsələləri üzrə komitəsinin rəhbəri Con Makkeyndir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.