banner
banner

Gündəm

Ərdoğanın varisi o olacaq - Sensasion isim

Ərdoğanın varisi o olacaq -

Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yeni qalib gəlməsinə və 5 illik müddətin cəmi bir gündür başlamasına baxmayaraq, artıq 2028-ci il üçün Ərdoğanın varisinin kim olacağı müzakirəsi başlayıb.

Cia.az xəbər verir ki, tanınmış rusiyalı siyasi ekspert Sergey Markov da “Ərdoğan 5 ildə nələr edəcək” sualına ilk olaraq “varisini seçəcək” cavabı ilə bu müzakirələrə qatılıb. Onun fikrincə, 2028-ci ildə Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini verməyəcək, ancaq ideyalarını və başlatdığı layihələri davam etdirmək üçün mütləq varisini müəyyənləşdirəcək.

3 iyunda Ərdoğanın Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra isə “varisin kimliyi” sosial şəbəkələrdə hallanmağa başlayıb. Belə ki, Hakan Fidanın XİN rəhbəri təyin olunması ilə sosial şəbəkələrin Türkiyə seqmentində onun Ərdoğanın varisi olacağına qəti əminlik ifadə olunmaqdadır. Eyni zamanda, Hakan Fidan haqda yalnız və yalnız müsbət fikirlər səsləndirilir və Ərdoğandan sonra Türkiyəni qorumağa qadir şəxs olaraq xarakterizə edilir.

Türkiyə ilə bağlı araşdırmaları ilə diqqət çəkən politoloq Ruslan Bəşirli də Fakan Fidanın personası üzərində dayanıb. O bildirib ki, Hakan Fidan bütün dünyada Türkiyə Cümhuriyyəti tarixinin ən güclü kəşfiyyat rəhbəri kimi qəbul olunur:

“MİT-ə rəhbərlik etdiyi dönəmlərdə daim ABŞ və Avropa mətbuatında onun haqqında “gizemli adam” başlığı ilə yazılar gedib. Ərdoğan isə onu Türkiyənin “sirr küpü” adlandırıb. ABŞ başda olmaqla, bir çox Qərb ölkələri Fidanı Ərdoğandan sonra ən böyük düşmənləri kimi qəbul ediblər. Məhz bu səbəbdəndir ki, FETÖ-nün 2014 və 2016-cı il çevriliş təşəbbüsləri zamanı ilk hədəf aldıqları adam MİT rəhbəri Hakan Fidan idi. Hakan Fidan Türkiyənin PKK və FETÖ-yə qarşı mübarizəsinə ən ciddi töhfə verən şəxs kimi qəbul olunur. Onun başçılığı ilə bir çox terror baronu ölkə xaricində ya yaxalanaraq Türkiyəyə gətirilib, ya da məhv edilib. Fidan Ərdoğanı həm Baydenlə, həm də Putinlə görüşlərdə müşayət etməsi ilə də tanınır”.

Ekspert Hakan Fidanın Ərdoğanın varisi olacağı haqda fikirlər toxunaraq bildirib ki, bəziləri Fidanın məhz bu posta hazırlanması üçün siyasətə gətirildiyini (XİN başçısı olduğunu – red.) düşünür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.